Sumqayıt şəhəri, 45-ci mməhəllə, ev 5/81, mənzil 38-də qeydiyyatda olan Miriyev Ruslan Mirsamid oğlu redaksiyamıza məktub ünvanlayıb.
Məktubda deyilir: "Yazıb
sizə bildirmək istəyirəm ki, mən Miriyev Ruslan və bacımın həyat yoldaşı
Rəfiyev Elman Sumqayıt şəhərinin bazarı "Karvan” ticarət mərkəzində 7 ilə yaxın
işləmişik. 2011-ci ilin aprel ayının 4-də bazarkom Ağamirzə Əhədovun
tapşırığı əsasında bazarın əməkdaşları
bir qrup şəxs işlətdiyimiz dükana soxularaq, müqavilə şərtlərini pozaraq,
dükandan malları bayıra atdılar və 17
gün öz anbarında saxladılar. Aramızda olan söz-söhbət "FHN” –nin Sumqayıt
Regional Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşlarının kiçik sahibkarlar
üçün yaratdığı problemlər idi. 2 il- 8 aydır ki, Prezident Aparatına, Vergilər
Nazirliyinə,”FHN”-nə Sumqayıt İH-nə, Milli Məclisə məktublar yazıram və
görüşlərdə oluram və insan haqlarının Azərbaycan Republikasında pozulmasını açıq-aydın görürəm. Dükandan
bayıra atılandan sonra topdansatışa olan
borclar, banklara olan borclar indiyə kimi bizə problem yaradır. Mərkəzi Bankın
idarə heyətinin sədri Elman Rüstəmov cənablarının söylədiyi sözləri
xatırlayıram, belə söyləmişdir
"Azərbaycanda özəl banklar öz müştərilərini aldadırlar, risk adlandırırlar,
yüksək %lə öz pullarını verirlər, problem yarananda riski göz önünə almırlar”.
Bu cümlədən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda banklarda özbaşınalıqdır
və Elman Rüstəmov cənabları gözü görə-görə yola verir və banklara söz deyə
bilmir. Əgər belə deyilsə, nəyə görə vətəndaşı qəbul edib kömək etmir?
"FHN”-nə şəxsən Kəmaləddin Heydərov cənablarına 6 məktub yazmışam,3-nə cavab
almışam, qalan 3-nə cavab almamışam. "FHN”-nin Sumqayıt Regional Mərkəzinin
şöbə rəisi Rasim müəllimin söylədiyi belə oldu:
"İstəyirsən 100 məktub yaz nə olsun”. Kəmaləddin Heydərov cənabları Sumqayıt şəhərində vətəndaşlarla
görüş keçirərkən məni 2 saat başqa bir otaqda bağlı vəziyyətdə saxladılar və
mənə bildirdilər ki, sənin nazirlə görüşməyin şöbə rəisi Rasim müəllimə problem
yaradar. Belə nəticəyə gəlmək olar ki, Kəmaləddin Heydərov cənabları ilə
görüşmək və bu özbaşınalığı nazirə söyləmək mənə nəsib olmayacaq. Sumqayıt
şəhərində 10 illərdir ki, "Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov
at oynadır. Mən icra başçısı Eldar Əzizovu bazara gətirməyi
söyləyəndə bazarkom belə söyləmişdi ki, "10 icra başçısı yola salmışam. Heç birini saymamışam və bunu da saymıram”.
İcra başçısı Eldar Əzizovun qəbulunda oldum və insan adam olduğunu gördüm.
Eldar müəllim bazarkoma zəng etdi və bir dəfə şöbə rəisini bazarkomun yanına
göndərib ondan yaratdığı problemi aradan qaldırmağını xahiş etdi. Ancaq bu
insan ALLAHı da tanımır. Seyid balalarının haqqına girmək ALLAHa xoş gəlməz.
ALLAH bizlədir.
Cənab prezidentimizdən, Mehriban xanım
Əliyevadan, "FHN”-imizdən, Mərkəzi Bankın idarə heyətinin sədrindən səsimə səs
verməyi xahiş edirəm. Bu haqsızlığı ALLAH da götürməz".
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.