Yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaqdır və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək: "Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir".