Dekabrın 26-da xüsusi amansızlıqla qətlə yetirilən 27 yaşlı qadın icra başçısının bacısı qızı çıxdı. 

Mi.az İnterpress.az saytına istinadən xəbər verir ki, Dərnəgül qəsəbəsindəki yataqxanada başı kəsilən 1986-cı il təvəllüdlü Aynurə Kazımova Füzuli rayonunun icra başçısı Alı Alıyevin bacısı qızıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Aynurəni qətlə yetirməkdə təqsirli bilinən 33 yaşlı Rafiq Ələkbərovu həbs edib.

Rafiq Ələkbərov Aynurə Kazımovanın başını iki azyaşlı uşağının gözləri qarşısında kəsib.

*** 
"Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində dekabrın 26-da Bakıda, Dərnəgül qəsəbəsindəki yataqxanada xüsusi amansızlıqla qətlə yetirilən Aynurə Kazımovanın guya Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızı olması ilə bağlı məlumat yayılmışdır”.

Bu fikirlər Füzuli rayon İH-nin mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan açıqlamadandır. Açıqlamada bildirilir ki, A. Kazımovanın rayon İH-nin başçısı Alı Alıyüvin bacısı qızı olması barədə yayılan məlumat həqiqətə uyğun deyil: "Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur”.