Martın 27-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18772 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526401 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".