Martın 26-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 24446 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518879 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".