Xalq artisti İlhamə Quliyeva Yeni ili ailəsi və işçi komandası ilə birlikdə keçirəcək.
Bu haqda məlumatı Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni özü deyib. Xəstəxanada müayinə olunan İ. Quliyeva bir neçə gündən sonra evinə yollanacaq:
"Yeni il gecəsini şəhər restoranlarının birində keçirəcəyəm. Oğlum, gəlinim və nəvəm də yanımda olacaq. Həmin gün komandamın üzvləri, yaxın dostlarım Faiq Ələkbərli, Tolik, Ülvi Qılınc da yanımda olacaq.
Bacım Aida Quliyeva Kiprdən gəlib. Yanımdadır, mənə gözəl, çox bahalı hədiyyə gətirib. Həmin gün mən sevdiklərimə hədiyyə, nəvəmə isə bir "paçka" pul verəcəyəm. Atası bayramdan sonra istədiyi kimi xərcləsin”.
“Bayramda nəvəmə bir "paçka" pul verəcəm”
DİGƏR XƏBƏRLƏR
2025-12-24 14:35
2025-12-23 12:51
2025-12-22 17:09