Xəzər dənizində zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 19:48-də qeydə alınıb.

Zəlzələ 3,5 maqnitudada baş verib. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.