Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19427 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".