Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!".