Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komaya düşən və martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər Əli İsmayılov dəfn olunub.

Məlumata görə, o, doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon sakinləri və rəsmi şəxslər iştirak ediblər.

***

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.

Məlumata görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.

Ə. İsmayılov bu gün dəfn olunacaq/APA.

Allah rəhmət eləsin!