Azərbaycanda bu gün koronavirus infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 17 nəfər “COVID-19”dan vəfat edib.