Bu gün prezident İlham Əliyev növbəti sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Prezidentinin ehtiyat fondundan Komitəyə 500,0 (beş yüz) min manat ayrılıb.