Azərbaycanda bu gün koronavirus infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bldirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib: "Bununla da indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3 366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.

Son sutka ərzində 5 928, bu günə kimi ümumilikdə 2 782 463 test aparılıb".