Martın 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23923 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 481022 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".