“Novruz bayramı gəlir və tətillərdən əvvəl sonuncu dərs günüdür. Növbəti 9 gün ərzindəki dinamika məktəblərin fəaliyyətini şərtləndirən amil olacaq”.

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, vətəndaşların bayram günlərində davranışı məsələni həll edə bilər: “Məktəblər bağlı təmaslar az olacaq. Daha ehtiyatla davransaq, yoluxma sayı aşağı düşəcək. Bu da məktəblərin açıq olmasına zəmin yaradacaq”.