Martın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14677 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 468826 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".