M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanat yayıb.
Bəyanatda deyilir: "25-26 dekabr 2013-cü il tarixində "Yeni Musavat” və "Azadlıq” qəzetlərində Bakı Apelyasiya Məhkəməsində keçirilən bir məhkəmə işi ilə bağlı materiallar dərc olunmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, professor Nərgiz Arif qızı Paşayevanın adından bildiririk ki, bu materiallarda prof. N.Paşayevanın adı ilə bağlı yazılan bütün məqamlar həqiqətə uyğun deyil. İctimaiyyətə həmişə açıq olan prof. N.Paşayeva yaxın zamanlarda bunu öz yazısı ilə də mətbuatda təsdiqləyəcəkdir".
Xatırladaq ki, bu gün bir neçə qəzet və saytlarda N.Paşayevanın adı general Bəylər Əyyubovun qohumlarının məhkəməsi ilə hallandırılıb.