“Deputatların çıxışlarında hökumətin ötənilki fəaliyyətinə qiymət verildi".
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Deputatların qaldırdığı məsələlər araşdırılacaq və mümkün addımlar atılacaq”, - deyə Baş nazir əlavə edib.
Əli Əsədov daha sonra bildirib ki, bütün problemlərin həllinə çalışacaqlar: "Çalışacağıq ki, bütün proseslər eyni şəkildə həll edilsin. Hörmətli deputatlar tərəfindən qaldırılan məsələlər cavablandırılacaq”.
Xatırladaq ki, müzakirələrdən sonra Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul olunub.
MİA.AZ