Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

Məlumata görə, Kürdəmir rayon Qarasu kənd orta məktəbində distant təhsilə keçirilib.

Belə ki, müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl rayonun 1 saylı orta məktəbində koronavirus infeksiyasına görə məktəbin 2 b sinfi bağlanmışdı/Report.