Martın 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9221 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 450316 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".