“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti çərçivəsində həm Bakının, həm də Yerevanın konstruktiv münasibətini görürük. Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistanın rəsmi şərhlərində və media məkanında da üstünlük təşkil edəcək”.

Mia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, indi əsas vəzifə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları həyata keçirməkdir.