Martın 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9825 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 443 888 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".