Martın 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11447 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 436849 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".