Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox məhkum və yaxınlarının müraciətinə baxılıb.
Bildirilib ki, bununla da komissiyada baxılan müraciətlərin sayı 850-ni ötüb.
Məlumata görə, komissiyanın növbəti iclası martın 13-də keçiriləcək.