Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.
Mia.az xəbər verir ki, yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür.
Paytaxt üzrə ən yüksək yoluxma 15 faizlə yenə Binəqədi rayonunda qeydə alınıb: "Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,1%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,9%-lə Xəzər, 5,2%-lə Qaradağ, 5,1%-lə Səbail, 0,5 % ilə Pirallahı qərarlaşıb".
Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir.