Az əvvəl verilən son məlumata görə, yaralı əsgərlərdən biri də xəstəxanada vəfat edib. Bununla da şəhid sayı 11-ə çatıb.
***
Türkiyədə Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə 9 hərbçi həlak olub, 4 hərbçi yaralanıb.
Məlumata görə, şəhid düşən hərbçilərdən biri də 8-ci ordu korpusunun komandiri, general Osman Ərbaşdır.
Yaralılar isə hadisə yerindən xəstəxanalara çatdırılıb.
Son məlumata görə, yaralı əsgərlərdən biri də xəstəxanada vəfat edib. Bununla da şəhid sayı 10=-a çatıb.
Allah rəhmət eləsin!