“29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın acısı ürəyimizdə yaşamağa davam edir”.
Mia.az xəbər verir ki, bu, Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Paylaşımda daha sonra deyilir: “Qundaqdakı körpələri belə qətlə yetirəcək qədər caniləşənləri isə unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik”.