Son vaxtlar bəstəkarlıqla məşğul olan müğənni Rəqsanə İsmayılova Sevil və Sevinc bacılarına mahnı hədiyyə edib.


Axşam.az-ın məlumatına görə, bu haqda "Telemaqazin” verilişinə ifaçıların  özləri məlumat verib.

Onların sözlərinə görə, səbəbkar müğənninin qızı Aysun olub: "Mahnı artıq hazırdır. Türkiyədə aranjiman olunub. Bəstəni Rəqsanə xanımın qızı sayəsində əldə edə bildik. Aysunla yaxın rəfiqəyik. Heç bir məbləğ ödəməmişik. Bu, Rəqsanə xanımın bizə hədiyyəsidir”.