Azərbaycanda bu gün koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib. Hazırda 2 163 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3942, bu günə qədər isə ümumilikdə 2 555 058 test icra olunub".