Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 233 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib. Hazırda 2 170 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, bu günə qədər isə ümumilikdə 2 551 116 test icra olunub".