“Biz iki gün ərzində məhsuldar görüşlər keçirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunduq”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

O, bütün məsələlərdə Azərbaycana göstərdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edib: "Azərbaycan da bütün məsələlərdə Türkiyəni dəstəkləyir. Niyyətimiz, amalımız birdir. Bu da ondan ibarətdir ki, Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və ölkələrimiz daha da güclü olsun. Siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi aparılıb. Bir daha əmin olduq ki, əlaqələr strateji xarakter daşıyır və iki qardaş xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik və bir-birimizi hər zaman dəstəkləyirik”.