Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.

Mia.az xəbər verir ki, Ə.Yusifov əvvəllər polis sistemində işləyib.

Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.

Mia.az