Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mİa.az-a verilən məlumata görə. son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 232 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib. Hazırda 2 254 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4160, bu günə qədər isə ümumilikdə 2 506 005 test icra olunub".