Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları etiraz aksiyası keçiriblər.

 “Armenpress” xəbər verir ki, onlar nəzərdə tutulan maliyyə yardımının verilməsi tələbi ilə nümayişə çıxıblar.

“Döyüşlərdən 3 ay keçməsinə baxmayaraq, bizə hərbi bilet, müharibə iştirakçısı olduğumuza dair sənəd vermirlər. Öyrənmişik ki, bizə əməkhaqqı da verilməlidir. Ancaq onu da verməyiblər”, - aksiya iştirakçılarından biri deyib.

Bildirilib ki, yanvar və fevral aylarında da Müdafiə Nazirliyi binasının qarşısında hərbçilər bir neçə aksiya keçirib. Lakin problem hələ də öz həllini tapmayıb/Report.