Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Bəxtiyar İlqar oğlu Aslanovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

B.Aslanovun nəşi ailəsinin istəyi ilə Goranboy rayon, Balakürt kənd qəbristanlığında dəfn olunub/Report.

Allah rəhmət eləsin!