Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Mia.az-ın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Xatırladaq ki, bundan əvvəl Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov da ordudan uzaqlaşdırılıb.
Mia.az