Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.

Xatırladaq ki, Ə.Babayev vaxtı ilə Sumqayıt bələdiyyəsinin sədri olub.

Mia.az