Türkiyə yeni istehsal etdiyi “yer-yer” tipli taktiki-operativ raketi uğurla sınaqdan keçirib.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin öz imkanları hesabına ərsəyə gətirilən raketə “Atmaca” (Qırğı) adı verilib.
İlk sınaq atışı Qara dənizdə keçirilib. Raket başlıqları Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Kınalıada” döyüş gəmisindən havaya buraxılıb.