Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.
Məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib/Report.
Qeyd edək ki, T.Paşayev sabiq polis rəisi, general Şahmar Paşayevin oğludur. Şahmar Paşayevə gəldikdə isə, o, polisdən kənarlaşdırlandan sonra FHN-də Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Mia.az