Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.
Sayt yazıb ki, Səlim Müslümov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. Belə ki, K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub.
Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov vaxtı ilə korrupsiya əməlinə görə həbs həyatı da yaşayıb.
Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.