Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Natiq Sahib oğlu Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə polkovnik Natiq Sahib oğlu Qarayevə general-mayor ali hərbi rütbəsi verilib.