Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə.