“Tələbələrin praktika keçməsi məsələsi pandemiya şəraitindən asılıdır. Çünki bir çox iş yerləri mövcud qaydalar əsasında fəaliyyət göstərir”.
Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hər şey vəziyyətdən aslıdır: “Ümid edirəm ki, aprel-may aylarında vəziyyət belə davam edərsə, praktika olacaq. Əgər vəziyyət pisləşərsə, o zaman biz həmişə olduğu kimi insanların sağlamlığını yenə də təhsildən önəmli tutacağıq”.