Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qarabağ zonasında Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyəti ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefonda danışan Akar deyib ki, 1-i general, 38-i hərbçi olan heyət sabahdan fəaliyyətə başlayacaq: "Bu mərkəz bölgədə atəşkəsin  təmini üçün çalışacaq".