Xəzər dənizində zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirir ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4,5 olan yeraltı təkanın dərinliyi 60 km olub.

Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub