“Sən niyə Ermənistanla savaşırsan?” deyə soruşurlar. Çünki Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”.
Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O deyib ki, məhz belə olduğu üçün Türkiyə dostlarına dəstək olub: "Biz əlimizdən gələn dəstəyi vermək məcburiyyətindəyik”.
Ərdoğanın sözlərinə görə, Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi, müharibə metodlarını da dəyişdirir: “Eyni şəkildə zərbə PUA-ları Liviyadakı müharibənin gedişatını da dəyişdirib”,.
Mia.az