"Bu gün Bakıya qayıtmalı idim. Amma bu müddətdə Moskvaya gedib, yenidən Türkiyəyə qayıdacam. Gələn həftə nəhayət Bakıdayam", - deyə müğənni bildirib.
Sənətçi eləcə də, yeni ilə kimi mətbuat nümayəndləri ilə görüşəcəyini bildirib.
"Ötən açıqlamamda 5 müğənniyə öz mahnılarımı təqdim edəcəyimdən danışmışdım. Həmin proses mətbuat nümayəndələrinin iştirakı ilə olacaq. Yeni ili isə Moskvada olacam”, - deyən Rəqsanə paytaxtdakı şou-proqramlara qatılmayacağını söyləyib.
"Moskvada 3 məkandan dəvət almışam. Yeni il gecəsi 3 məkanda cıxışım olacaq. Həm də ailə üzvlərimlə birlikdə vaxt keçirəcəm. Bu səbəbdən Bakıdakı proqramlara qatılmayacam”.
anspress.com