Bu gün Prezident İlham Əliyev yeni bir sərəncam imzalayıb. Dövlət başçısının budəfəki sərəncamı yenə də yol infrastrukuru ilə bağlı olub.

Mia.az xəbər verir ki, İlham Əliyevin bugünkü sərəncamı Qəbələ rayonunun Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında olub. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.