Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda dövlət başçısı deyir: “Xocalı rayonun Sığnaq kəndi. Burada da Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin Kolin şirkətinin bayrağı asılıb”.