Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı yolda çəkdiyi videoları sosial şəbəkələrdə paylaşıb.

Mia.az xəbər verir ki, video-görüntüdə Azərbaycan Prezidenti deyir:

“Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək, düşməni qova-qova torpaqlarımızdan çıxardı, Füzuli rayonu”.